Bu şirkət gəlirlərini müştərilərlə bölüşəcək
Bizi izləyin

İKT

Bu şirkət gəlirlərini müştərilərlə bölüşəcək

Bu il ictimaiyyətə təqdim edilməsi gözlənilən Çinin smartfon nəhəngi "Xiaomi" yüksək gəlir əldə edəcəyi halda qazancının bir hissəsini öz müştərilərinə qaytaracağını açıqlayıb.

Publika.az xəbər verir ki, şirkətin bu vədinin alıcıların marağına səbəb olacağı güman edilir.

Belə ki, şirkət yeni nəsil telefon və ev əşyalarından 5 faizlik kar əldə edəndən sonra qalan qazancı müştəriləri ilə paylaşacağını açıqlayıb.

Yeni nəsil telefon bazarının 87 faizi Əpl şirkətinin əlində cəmləndiyi vaxtda android telefon istehsalçıların satış üçün müəyyən yollar axtarır. Xiaomi isə bu vəziyyətdə aşağı karla bazarda özünə önəmli bir yer alıb.

İnanılmaz gələn bu təklifi irəli sürən şirkət Mi seriyalı telefonları və digər məhsulları ilə qazanc əldə etməsə də, elektron ticarət, digər digital xidmətləri ilə yaxşı gəlir əldə etməyi planlayır.

Bloomberqin məlumatına görə, Çinin texnologiya nəhəngi bu il 100 milyard dollara yaxın bir vəsaiti ictimaiyyətə təqdim edəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm