Alternativ “Facebook” yaradılır - FƏRQLİ OLACAQ
Bizi izləyin

İKT

Alternativ “Facebook” yaradılır - FƏRQLİ OLACAQ

Müasir dünyamızı sosial şəbəkələrsiz təsəvvür etmək mümkün deyil. Artıq hər kəs sosial şəbəkələrdə şəxsi foto və videolarını paylaşır, xəbər və statuslara şərhlər yazır, müxtəlif forma və məzmunda paylaşımlar edir. Lakin əhalinin yaşlı təbəqəsi sürətlə inkişaf edən texnoloji yeniliklərlə ayaqlaşmaqda çətinlik çəkir.

Publika.az xəbər verir ki, bu çətinlikləri nəzərə alaraq, vyanalı proqramçı Daniela Krautzak norveçli ortağı Siri Varren ilə “Kama” adlı mobil proqram (app) tərtib edib. Tərtibatçıların sözlərinə görə, ilk növbədə, ahıllar üçün düşünülmüş “Facebook” alternativi intuitivliyi ilə diqqəti cəlb edir. Mümkün qədər sadə interfeysə malik olan proqram xüsusilə böyük şrift və simvolları ilə yaşlı nəslin rahat işləməsini təmin edəcək. Eyni zamanda, proqram əlavəsində minimalizm də ön planda dayanır: diqqəti yayındıracaq bütün əlavə məlumatlar ixtisar edilərək, fotoların yaddaşda saxlanılması, paylaşılması, ailə üzvləri və dostlarla ünsiyyət və xəbərlərin paylaşılması sadələşdirilmiş şəkildə təqdim olunur.

Yaşlı əhalinin kiçik ölçülü smartfonlarla işləməsinin çətinliyini nəzərə alan tərtibatçılar proqram ayrıca tabletdə satışa çıxarmağı düşünürlər. Milad bayramınadək satışa çıxarılacaq tabletin qiyməti təxminən 500 avro təşkil edəcək və “Kama” mobil proqramı üçün hər bir istifadəçi aylıq 1,99 avro ödəməli olacaq. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm