Teleqrama qadağa qoyuldu - İstifadəçilər küçələrə çıxdı
Bizi izləyin

İKT

Teleqrama qadağa qoyuldu - İstifadəçilər küçələrə çıxdı

Rusiyanın paytaxtı Moskvada minlərlə insanın istifadə etdiyi "Telegram" mesajlaşma tətbiqinə qadağa qoyulmasına etiraz olaraq insanlar küçələrə çıxıb.

Publika.az xəbər verir ki, Moskovanın Saharova küçəsində keçirilən etiraz yürüşünə təxminən 10 min adam toplaşmışdı. Proqramın fəaliyyətini bərpa etmək üçün Rusiya Federal Təhlükəsizlik Xidməti (FTB) nümayəndələrinə müraciət ediblər.

Etiraz aksiyaçılarına dəstək verənlər sırasında Rusiyanın müxalifət tərəfdarı nümayəndələrindən biri, "Korrupsiyaya Qarşı Mübarizə Fondu"nun banisi Aleksey Navalnıy da olub. Aksiyada Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Nəzarət Qurumunun əleyhinə şüarlar səsləndirilib.

Xatırladaq ki, Votsap (Whatsapp) messencerindən sonra ən çox istifadə edilən sosial mesajlaşma proqramlarından biri olan "Telegram"-ın qadağan edilməsi kəskin reaksiyalara səbəb olub. Ümumilikdə 200 milyondan çox istifadəçisi olan proqramın nə üçün qadağan edildiyi isə izah edilmir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm