28 nüvəli prosessor təqdim olundu
Bizi izləyin

İKT

28 nüvəli prosessor təqdim olundu

“Intel” şirkəti yeni, 28 nüvəli prosessorunun təqdimatını keçirib.

Publika.az xəbər verir ki, 5 QHs takt tezliyində işləyən yeni prosessor Taybeydə keçirilmiş “Computex 2018” sərgisinə çıxarılıb.

Şirkət prosessor haqqında ətraflı məlumat verməyib. Sərgidə yalnız prosessorun xarici görünüşü və tezliyi haqqında informasiya verilib. Texniki xüsusiyyətləri və enerji sərfiyyatı barədə məlumat yoxdur.

5 QHs takt tezliyində işləyən yeni prosessor “Cinebench” adlı məhsuldarlıq testində 7334 bal toplayıb. Bu göstərici 1 prosessorlu sistemlər üçün kifayət qədər yüksəkdir. Normalda bir neçə mərkəzi prosessorun quraşdırılması ilə bu göstəricidən daha yüksək nəticə əldə etmək mümkündür.

2018-ci ilin yekununda satışa çıxarılacaq prosessorun qiyməti bəlli deyil.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm