"5G"-ni dəstəkləyən ilk smartfon bəlli oldu
Bizi izləyin

İKT

"5G"-ni dəstəkləyən ilk smartfon bəlli oldu

“5G” mobil rabitəsi üçün komponentlərin təqdim ediləcəyi vaxt açıqlandı.

Publika.az xəbər verir ki, Çinin elektronika nəhəngi “Huawei” şirkəti 2019-cu il mart ayının ilk rübündə “5G” texnologiyasını dəstəkləyən ilk smartfonunu təqdim edəcəyini bildirib. Bu barədə şirkətin icraçı direktoru Erik Syu məlumay verib.

“5G” mobil rabitəsinin özəlliyi ondan ibarətdir ki, artıq vayfay (“Wi-Fi”) bağlantısı olmadan canlı yayıma qoşula, virtual bir çox proqramlardan istifadə etmək mümkün olacaq. Şirkət “5G” mobil rabitəsinin hazırlanmasında aktiv şəkildə iştirak edir.

Xatırladaq ki, artıq “5G” mobil rabitəsinin tezlik parametrləri açıqlanıb. Bu şəbəkə 600-700 MHs-lik aşağı tezlik spektrini, 3,5 QHs-lik orta tezlik və 50 QHs-lik yüksək tezlik spektrini dəstəkləyir.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm