Kosmosa siçan göndərirlər
Bizi izləyin

İKT

Kosmosa siçan göndərirlər

ABŞ Kosmik Agentliyi (NASA) tərəfindən keçirilən tədqiqat çərçivəsində içərisində 20 laboratoriya siçanının olduğu “SpaceX Dragon” kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya uçub.

Publika.az xəbər verir ki, NASA-nın araşdırmasına Şimal-Qərb Universitetlərindən olan neyrobioloqlar rəhbərlik edir. Tədqiqatın əsas məqsədi Yer kürəsi əhalisinin yuxu və digər məsələlərinə kosmosun təsiri.

Alimlərin araşdırmanı aparmaqda məqsədi canlı orqanizmlərin nə qədər həyatda qalacağıdır. Belə ki, ümumi göndəriləcək 20 laboratoriya siçanından 10-u 3 ay ərzində kosmosda olacaq, digər 10-u isə 30 gündən sonra planetə geri qaytarılacaq. 90 gün insan üçün uzun müddət hesab olunsa da, siçanlarda fizioloji proseslər daha sürətli getdiyi üçün, bunu siçanlara şamil etmək olmaz.

Bu müddət ərzində Beynəlxalq Kosmik Stansiyaya göndərilən 20 gəmiricinin əkizləri Yerdə olacaq. Əkizlər siçanların Beynəlxalq Kosmik Stansiyada məruz qaldığı şəraiti təkrarlayan xüsusi “NASA” simulyatorunda yaşayacaq. Kosmik Stansiyada olan astronavtlarla Yerdə Şimal-Qərb Universitetindən olan iki həftədən bir bütün siçanlardan analiz götürərək müqayisə aparacaqlar. Onlar, həmçinin “kosmonavt” siçanların Yerdə olanlara nisbətən bədənlərində baş verən dəyişiklikləri izləyəcəklər.

İlkin ehtimallara görə, eksperiment alimlərə kosmosda olmanın siçanların fiziologiyası və davranışlarında dəyişikliklər edəcəklər. Bununla da alimlər, gəmiricilərin fizioloji dəyişiklikləri əsasında Yer kürəsi əhalisinin gələcəkdə istifadə edə biləcəyi müalicə metodları haqqında informasiya əldə edəcəklər.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm