İKT
Azercell-in 4G şəbəkəsi daha 5 bölgə boyu genişləndi
Keyfiyyətli və innovativ xidmətləriilə fərqlənən Azərbayanın lider mobil operatoru Azercell Telekom ölkəmiz boyu 4G şəbəkəsini genişləndirməkdə davam edir. Şirkət daha 5 şəhərdə - Ağcabədi, Balakən, Qəbələ, Quba və Tovuzda 4G şəbəkəsini qurdu və bununla da yüksək sürətli mobil internet xidmətlərindən istifadəni ümumilikdə respublikanın 12 bölgəsində mümkün etdi. Xatırladaq ki, bundan öncə Azercell-in 4G xidmətləri Gəncə, Şirvan, Şəmkir, Bərdə, Lənkəran, Masallı və Cəlilabadda artıq mövcud idi. Eyni zamanda, Azercell Bakı və bölgələrdə 4G stansiyalarının sayını 2018 ci il ərzində 2 dəfə artıraraq abunəçilərinə bu xidmətin üstünlüklərindən yararlanmaq imkanı verdi. Belə ki, təkcə bu ilin ilk 6 ayı ərzində toplam 113 olmaqla, Bakıda 26, Sumqayıtda 28, Abşeronda 12, Ağcabədidə 8, Balakəndə 7, Cəlilabadda 5, Masallıda 6, Qəbələdə 8, Qubada 7 və Tovuzda 6 LTE şəbəkəsi üzərində çalışan stansiya quraşdırılıb. Hazırda Azercell toplam 2826 2G, 2208 3G və 663 4G stansiyaları sayəsində bütün abunəçilərini yüksək keyfiyyətli mobil rabitə xidməti ilə təmin edir.
Qeyd edək ki, artıq 4G-ni dəstəkləyən həm Sim kartı, həm də
mobil cihazı olan Azercell abunəçiləri Azercell müştəri xidmətləri
mərkəzlərinə müraciət etmədən 4G xidmətindən yararlana biləcəklər.
Bunun üçün abunəçinin istifadə etdiyi cihazda sadəcə 4G-ni seçməsi
yetərilidir.
Azercell şirkəti bu ilin sonuna kimi 4G şəbəkəsinin coğrafiyasını
Azərbaycanın əksər bölgələri və şəhərləri boyu genişləndirməyi
planlaşdırır. Bu ilin sonuna kimi Bakı, Abşeron ərazisində daha 300
ədəd və bölgələrdə toplam 182 ədəd 4G stansiyasının qurulması
nəzərdə tutulub.
Ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və Azərbaycanın bütün bölgələrini yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən Azercell-in 4G internet istifadəçilərinin sayı əvvəlki illərlə müqayisədə 3 dəfə artıb, mobil internetdən istifadə həcmi isə 50% çoxalıb.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!