Feysbuk öz peykini hazırlayır
Bizi izləyin

İKT

Feysbuk öz peykini hazırlayır

Dünyanın ən çox istifadəçisi olan sosial şəbəkəsi Feysbuk (Facebook) yüksəksürətli internetə çıxışı təmin etmək üçün öz internet peykini hazırlayır.

Publika.az xəbər verir ki, Federal Rabitə Komissiyasının yaydığı məlumata görə, şirkət qlobal internetə sahib olma üçün “Athena” adlı layihə üzərində çalışır. Yayılan məlumatlara Feysbukun rısmi mətbuat xidmətindən də cavab verilib. Bildirilib ki, əsas məqsəd internetin əlçatmaz olduğu bölgələrədə qoşulmanı sadələşdirməkdir:

"Layihə haqqında daha ətraflı məlumatı yaxın gələcəkdə geniş mətbuat konfransında bildirəcəyik. Hazırda bu layihə haqda onu deyə bilərik ki, peyk texnologiyalarının növbəti nəsil genişzolaqlı çıxış infrastrukturunun inkişafında mühüm rol oynayacaq. Bu, internetin əlçatmaz olduğu regionları genişzolaqlı qoşulma ilə təmin etməyə imkan verəcək".

2017-ci ilin ikinci rübündə, daha dəqiq desək, sentyabrında tərtib edilmiş genişzolaqlı rabitənin inkişafı haqda hesabata əsasən, planetin 50%-dən çoxu hələ də qlobal şəbəkəyə qoşulmayıb və bu problemi həll etmək üçün yeganə yol aşağı yerətrafı orbitdə peyklərdən istifadədir. Qeyd etmək lazımdır ki, bu istiqamətdə “OneWeb” və “SpaceX” kimi şirkətlər də işləyir.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm