Aprel döyüşlərinə həsr olunmuş virtual oyunla bağlı nazirlikdən MÜHÜM ADDIM
Bizi izləyin

İKT

Aprel döyüşlərinə həsr olunmuş virtual oyunla bağlı nazirlikdən MÜHÜM ADDIM

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi aprel döyüşlərinə həsr olunmuş virtual reallıq oyununu yenidən maliyyələşdirir.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, “Yüksəklik” adlanan virtual reallıq döyüş oyunu Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzinin rezidenti olan “CustomAR” şirkəti tərəfindən hazırlanıb.

Oyun düşmənə qarşı vuruşan qəhrəman əsgərlərimizə həsr edilib. Oyunun yaradıcıları 2016-cı il aprel ayında cəbhə xəttində Milli Ordumuzun qəhrəmanlıqla əldə etdiyi “Lələ Təpə” yüksəkliyindən ilhamlanıb. 2018-ci ildə Türkiyədə oyun sərgisində səhnə tərtibatı ilə istifadəçilərə təqdim olunan oyun ziyarətçilərin böyük marağına səbəb olub. Bu oyun yaradıcıları tərəfindən həm də virtual hərbi simulyator kimi inkişaf etdirilir. Hazırda layihə daha da təkmilləşdirilir və silahlı qüvvələr üçün hərbi simulyator prototipi kimi iki müxtəlif layihə formasında hazırlanır.

Bununla yanaşı, “CustomAR” şirkəti hərbi qüvvələr üçün virtual reallıq (VR) treninqləri təşkil etmək niyyətindədir. Bu məqsədlə istifadə üçün nəzərdə tutulan qurğuların alınmasına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vəsait ayırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm