İKT
Poçt və bank xidməti göstərəcək yeni mərkəz istifadəyə verildi - Həftənin 7 günü
Sumqayıt şəhərində bir mərkəzdən telekommunikasiya və poçt xidmətləri göstərən ilk "Şəbəkə" mərkəzi vətəndaşların ixtiyarına verilib. Artıq Sumqayıt şəhər sakinləri Heydər Əliyev prospektində yerləşən “Şəbəkə”nin xidmətlərindən istifadə edə bilərlər.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Publika.az-a verilən məlumata görə, vətəndaşlara fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda şənbə və bazar günləri xidmət göstəriləcək.
Bununla da respublika üzrə fəaliyyət göstərən “Şəbəkə” xidmət mərkəzlərinin sayı 8-ə çatıb. Bu mərkəzlərdən 5-i paytaxt Bakıda, 2-si Cəlilabad və Zaqatala şəhərlərində yerləşir. Növbəti mərhələdə "Şəbəkə" mərkəzlərinin Bakının bütün rayonlarında və ölkənin digər ərazilərində də yaradılması istiqamətində işlər davam etdirilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə yaradılan "Şəbəkə" xidmət mərkəzlərində nazirliyin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda cəmləşib.
Bu mərkəzlərdə əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri də göstərilir.
Eyni zamanda, “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza, poçt markası, zərf və açıqcaların satışı, pulköçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir.
Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər. “SmartPay” ödəniş sistemi vasitəsi ilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə ödəniş etmək mümkündür.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB