İlan Maskdan təəccüblü açıqlama: Şirkətini bazardan geri çəkdi
Bizi izləyin

İKT

İlan Maskdan təəccüblü açıqlama: Şirkətini bazardan geri çəkdi

Elektirklə işləyən avtomobillər istehsal edən “Tesla” şirkətinin rəhbəri İlan Mask tvitter vasitəsilə təəccüblü açıqlama verib.

Publika.az xəbər verir ki, İlan Mask şirkətini bazardan çəkməyi düşündüyünü bildirib.

O, şirkəti özəl mülkə çevirib bazarda işləməsinə son verməyi düşündüyünü və bunun şirkətin irəliləməsi üçün doğru yol olduğunu deyib. Mask qeyd edib ki, şirkət artıq sərmayəçilərini razı salmaqdan ötrü qısa müddətli qərarlar vermək təzyiqindən qurtulacaq.

Şirkət rəhbəri bu fikrə sərmayəçilərin də dəstək verdiyini, beləliklə, şirkətdə səhmləri olanların asanlıqla razı olacağını deyib. Səhmlərin başqalarından geri alınması üçün kifayət qədər pul da tapılıb, lakin son qərar hələ ki, verilməyib.

İlan Maskın tvitindən sonra rəsmi açıqlama verilənə qədər “Tesla”nın səhmlərindəki işlər təxirə salınıb.

Lakin Amerikanın Bazarlara Nəzarət Departamentinin qaydalarına görə, bu cür qərarlar sosial media üzərindən yayımlanmadan əvvəl departamentə açıqlamanın hansı platformada veriləcəyi xəbəri verilməlidir. Maskın bu qaydaya əməl edib-etməməsi hələ ki, sual altındadır. Ona görə də onun açıqlamasının doğruluğu şübhə doğurur.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm