Azərbaycan xarici bazara yeni məhsul ixrac etməyə başladı
Bizi izləyin

İKT

Azərbaycan xarici bazara yeni məhsul ixrac etməyə başladı

Dünyada “Made in Azerbaijan” markasını təmsil edən “Sumqayıt Texnologiyalar Parkı” (STP) daha bir ilkə imza atıb.

Sumqayıt Texnologiyalar Parkından Publika.az-a verilən məlumata görə, Azərbaycanda ilk dəfə olaraq xarici bazara yanğına davamlı “halogen-free” kabel məhsullarının ixracını həyata keçirib.

Müəssisə Qazaxıstanın ərazisinə və əhalisinə görə ən böyük şəhərlərindən biri olan Qızıl Ordada yeni “Kyzylorda Plaza” layihəsinin icrası üçün böyük həcimdə kabel məhsulları ixrac edib.

Qeyd edək ki, ümumi sahəsi 30 min kvadrat metr ərazidə inşa edilən “Kyzylorda Plaza” Qazaxıstanın ən iri alış-veriş mərkəzlərindən biri olacaq.

Xarici bazarda məhsulları ilə geniş yer alan müəssisə ümumilikdə kabel ixracı ilə bağlı Gürcüstan, Qazaxıstan, Tacikistan və Qırğızıstan ilə iri məbləğdə müqavilələr bağlayıb. Hazırda imzalanmış müqavilələr icra edilməkdədir.

STP gələcəkdə Asiya bazarına olan əməliyyatlarını artırmaq, həmçinin Qərbi Avropa və Afrika bazarlarına da daxil olmağı hədəfləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm