Kosmosda çətənə kolu yetişdiriləcək - ŞOK AÇIQLAMA
Bizi izləyin

İKT

Kosmosda çətənə kolu yetişdiriləcək - ŞOK AÇIQLAMA

Mikroqravitasiyanın müxtəlif bitkilərə təsirini müəyyənləşdirmək məqsədilə Amerikanın “Space Tango” şirkəti müxtəlif tədqiqatlar keçirib.

Publika.az xəbər verir ki, çoxməqsədli kosmik tədqiqatlar üçün istifadə edilən pilotlu orbital stansiyada (Beynəlxalq Kosmik Stansiya) eksperimentlərin aparılması üçün bitkiləri mikrodalğalı soba şəklində mikrolaboratoriyalarda yetişdirirlər. Əsas məqsəd qravitasiyasız ətraf mühitin çətənə bitkisinin inkişafına nə cür təsir etdiyini müəyyənləşdirməkdir.

Tətqiqat nəticələri əsasında cücərtilərin çəkisizlik şəraitində becərilməsi müşahidə edilərsə, onların kosmik stansiyaya göndərilməsi planlaşdırılır.

Tədqiqat prosesində məhz çətənə bitkisinin seçilməsi isə onun tibb sahəsində, eləcə də əczaçılıq texnologiyalarında mühüm əhəmiyyətə malik olması ilə əlaqəlidir. Qeyd olunur ki, hazırda şirkət Beynəlxalq Kosmik Stansiyada quraşdırılan 2 mikrolaboratoriyaya malikdir və eksperimentlər üçün il ərzində 6 dəfə yeni avadanlıq göndərilir. Tədqiqatçılar mikroqravitasiya vasitəsilə səhiyyə və bitkilər biologiyası sahəsində gələcəkdə Yer kürəsində təkrarlanacaq elmi nailiyyətlərə nail olmaq niyyətindədirlər.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm