Azərbaycanda əhalinin 80 faizi internet istifadəçisidir - Nazir müavini
Bizi izləyin

İKT

Azərbaycanda əhalinin 80 faizi internet istifadəçisidir - Nazir müavini

“Dünya üzrə kreativ müəssisələr ən geniş inkişaf edən sektorlardandır. Bu müəssisələr dinamik iqtisadi inkişafın resursudur, bununla yeni iş yerləri açılır. Kreativ sektor bilikləri yaradır və yayır”.

Publika.az xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri müavini Elmir Vəlizadə VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində İnnovasiyalar yaradıcı inkişafın əsas mənbəyi kimi panelində çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, kreativ müəssisələr həm də sosial, iqtisadi inkişafa təkan verir. “Kreativ müəssisələr kiçik və orta müəssisələri əhatə edir. Dünya Əqli Mülkiyyət təşkilatı tərəfindən aparılan araşdırmalara görə, kreativ müəssisələr ÜDM-ni 1.5 faiz, iş yerlərinin sayını 5.5 faiz artırır”.

E.Vəlizadə bildirib ki, dayanıqlı sənaye, innovasiyaların təşviqi ilə cəmiyyət və iqtisadiyyatın inkişafını təmin edirik. İnnovativ inkişaf iqtisadi, sosial inkişafın əsas şərtidir. “Bu gün hər bir ölkə qarşısında duran əsas məsələ innovativ, yaradıcı olmaqdır. BMT dayanıqlı inkişaf proqramı bizim qarşımızda cəmiyyətin inkişafı ilə bağlı tələblər müəyyən edir. Azərbaycan höküməti innovativ inkişafın bütün sahələrdə tətbiqinə təşviq edir. Startapların təşkili bizim üçün əsas prioritetdir. Bu gün Azərbaycan kosmosu fəth edir, son 5 ildə orbitə 3 peyk çıxarılıb. Düşünürəm ki, inkişafda olan ölkə üçün böyük addımdır. Bu gün Azərbaycanda əhalinin 80 faizi internet istifadəçisidir. Əqli mülkiyyət Agentliyinin 2013-2016-cı illər üçün açıqlamasına görə, müəllif hüquqlarına əsaslanan sənaye istehsalı 50 faiz artıb, kooperativ inkişafdan əldə olunan gəlir 15 faizə (1 milyard ABŞ dollarına) bərabərdir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm