Nazir: Azərbaycan dünyanın 10 ən çox islahat aparan ölkələri sırasındadır
Bizi izləyin

İKT

Nazir: Azərbaycan dünyanın 10 ən çox islahat aparan ölkələri sırasındadır

Bu gün ölkəmiz inkişafın yeni mərhələsindədir. Prezidentin rəhbərliyi ilə ölkədə uğurlu islahatlar aparılır. Qəbul olmuş stateji yol xəritələri milli iqtisadiyyatın inkişafı üçün yeni imkanlar açır.

Publika.az xəbər verir ki, bunu bu gün keçirilən aqrar və yaşıl texnologiyalar üzrə Beynəlxalq Forumunda nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.

O bildirib ki, bütün bunlar beynəlxalq hesabatlarda da öz əksini tapıb. "Dünya bankının son biznes hesabatında Azərbaycan 190 ölkə arasında 25-ci yeri tutub. Eyni zamanda, ölkəmiz dünyanın 10 ən çox islahat aparan ölkələri sırasına aiddir. Yüksək texnologiyalar bir iqtisadi sektor kimi dünyada sürətlə inkişaf etməklə yanaşı, həm də digər sahələrin inkişafında böyük rol oynayır. Ölkəmizdə də bu sahə diqqət mərkəzindədir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm