İKT
“4G” şəbəkəsini dəstəkləyən ilk “ağıllı” uşaq saatı
"Coolpad" şirkəti dördüncü nəsil mobil rabitə şəbəkəsini (4G) dəstəkləyən ilk "ağıllı" uşaq saatını təqdim edib.
Publika.az xəbər verir ki, yanvarın 28-dən etibarən satışa çıxarılacaq "Dyno Smartwatch" adlı yeni qurğunun qiyməti 150 dollar təşkil edir.
Məlumata görə, "Snapdragon Wear 2100" birkristallı sistemə əsaslanan saat 605 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib ki, bu da 2,5 gün avtonom iş deməkdir. Bundan başqa, korpus "IP65" standartı üzrə suyadavamlı və tozkeçirməzdir. Üstəlik, saatın kəmərini dəyişmək mümkündür.
Saatın imkanlarına gəldikdə, onlar bu növ qurğular üçün tipikdir. Valideynlər xüsusi mobil proqram vasitəsilə uşağın olduğu yeri müəyyənləşdirə, etibarlı zonalar qura, saata zəng və s. edə bilərlər. Uşaqlar isə əvvəlcədən hazırlanmış mətnlər və ya səsli məlumatlar şəklində bildirişlər göndərmək, eləcə də valideynlər tərəfindən saxlanılan nömrələrə zəng etmək imkanından yararlanacaqlar. (Azərtac)
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...