Bu reklam çarxlarında milli dəyərlər pozulur - MTRŞ
Bizi izləyin

İKT

Bu reklam çarxlarında milli dəyərlər pozulur - MTRŞ

Bir sıra reklam çarxlarında milli-mənəvi dəyərlərin pozulması hallarına il ərzində efirlərdə rast gəlinib.

Publika.az xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının 2018-ci il hesabatında bildirilib.

Hesabatda bildirilir ki, “LİDER” telekanalında 11.04.2018-ci il tarixdə saat 18.13-də yayımlanmış “Kişi ürəyi” adlı dərman vasitəsinin reklamında pozuntu aşkar edilib.

“Diktor: Sizə sağlamlığınızla bağlı problemlərin birdəfəlik müalicəsini təqdim edirik. Bu məhsul xüsusilə 40 yaşlı kişilərin istifadəsini zəruri hesab etməklə bir çox xəstəliklərin tam müalicəsinə imkan verir. “Prostat üçün məcun” daha çox 40 və ondan yuxarı yaşda rast gəlinən prostat vəzi xəstəliyi kişilərin ən böyük probleminə çevrilib.

Reklamın kişi personajı: “Televizorda həyat yoldaşım görüb məndən xəbərsiz sifariş etmişdi. Mənə dedi ki, bunu istifadə etməsən, səndən inciyəcəm. Mən də istifadə etdim. İnanırsız, təkrar əvvəlki rejim özümə qayıtdı. İkimizin də həyat tərzi gözəlləşdi. Çox xoşbəxtəm. O da sevindi. Bu “Kişi ürəyi” bəlli bir yaşdan sonra insanın öz enerjisini ozünə qaytarırmış”.

Xəzər TV-də mütəmadi olaraq yayımlanmış “Spermagen” adlı dərman vasitəsinin reklamı da milli-mənəvi dəyərlərə zidd xarakter daşımışdır. Məsələn, 03.04.2018-ci il tarixdə saat 19.04-də efirə getmiş həmin reklamın mətnində deyilir: “Cinsi zəiflik, cinsi aktın tez başa çatması sonsuzluğa, boşanmalara, stressə səbəb olur. Təbii tərkibli spermagen cinsi zəifliyi qısa zamanda həll edir, cinsi performansı hər yaşda maksimuma yüksəldir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm