Rusiyadan şok addım: Kosmosda ağlagəlməz bir yenilik ediləcək
Bizi izləyin

İKT

Rusiyadan şok addım: Kosmosda ağlagəlməz bir yenilik ediləcək

Müasir ideyaları ilə seçilən Rusiyanın “StartRocket” şirkəti kosmosda parlaq və nəhəng reklam bilbordları yerləşdirəcək.

Publika.az xəbər verir ki, şirkət bununla 7 milyard insan kütləsinə çatmağı hədəfləyir.

“StartRocket” Yerin orbitinin 400-500 kilometrliyinə kiçik peyklər göndərməklə proqramlaşdırılan ekranlar quracaq. Hər peykin Günəş işığını əks etdirən, açılıb-bağlanan səthi olacaq. Bu nəhəng və gecə görünə biləcək ekranların hər biri 50 km genişliyində pikselə malik olacaq.

Plana görə, kosmik ekranlar 2020-ci ildə kosmosa göndəriləcək. Reklamların verilməsinə isə 2021-ci ildə başlanılacaq. Lakin reklamların necə veriləcəyinə dair bilgi yoxdur. Reklamlar 6 dəqiqə olmaqla, gündə 3-4 dəfə markaların loqolarını yayımlanacaq.

Mütəxəssis Vlad Sitnikov “Futurizm” adlı dərgiyə verdiyi açıqlamada günü gəldiyində insanların da kosmosda yaşayacağını və mədəniyyətlərini oraya aparacaqlarını bildirib.

“Hogan Lovells” hüquq bürosunun mütəxəssisi Rendi Seqal isə mövzu ilə bağlı açıqlamasında “Bu sistemi qurmaq texnoloji baxımdan mümkündürmü? Bəli. Bəs beynəlxalq avtoritarizm buna icazə verəcəkmi? Mübahisəlidir” sözlərini deyib.

Professional astronomların isə məsələyə münasibəti birmənalıdır. Onlar atmosferdəki işıq çirkliliyinin təhlükəli səviyyəyə çatmışkən bir də göyün reklamçıların xüsusi mülkiyyəti vəziyyətinə gəlməsinə qarşı çıxırlar.

Bəzi sosial şəbəkə istifadəçiləri də şirkətə göy üzünü rahat buraxmaq, bu bərbad fikirdən əl çəkmək çağırışı ediblər. Onlar bildirib ki, ekranlarda reklamı gedən hər bir loqonun məhsulunu boykot edəcəklər.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm