"Space"də 5 aydır maaşlar verilmir? - Telekanaldan AÇIQLAMA
Bizi izləyin

İKT

"Space"də 5 aydır maaşlar verilmir? - Telekanaldan AÇIQLAMA

“Space” televiziyasının işçilərinin sentyabr ayından maaşlarını ala bilmədikləri barədə məlumat yayılıb. Bildirilir ki, buna görə çəkilişlər dayandırılıb, bəzi əməkdaşlar bu barədə Dövlət Əmək Müfəttişliyinə gedəcəklər.

Televiziyanın vitse-prezidenti Kamil Şahverdiyev Publika.az-a açıqlamasında yayılan məlumatlara aydınlıq gətirib.

O, belə halın mümkün olmadığını deyib:

“Necə ola bilər ki, sentyabr ayından maaşlar verilməsin? Gecikmə bir həftə, 10 gün, lap bir ay ola bilər, amma sentyabrdan bu vaxta qədər gecikmə ola bilərmi? Kim maaşının almadığını deyirsə, bizə müraciət etsin. Maaşını almadığını deyən şəxs mənə deməyib anonim olaraq hər hansı sayta müraciət edirsə, bunu necə qəbul edə bilərik? Əgər ad açıqlansaydı, biz araşdırıb məlumat verə bilərdik. Lakin indi ad açıqlanmır. Həmin şəxs Dövlət Əmək Müfəttişliyinə müraciət etsə, bu barədə bizə məlumat veriləcək. Məsələ araşdırılacaq”.

Maaşların gecikmədiyi halda bu məlumatların nə üçün yayılmasına gəldikdə, K.Şahverdiyev bunun müxtəlif səbəblərinin ola biləcəyini dedi:

“Bəzən bir nəfər işdən çıxır, başqa bir telekanala müraciət edir, lakin orada da işi alınmır. Sonra təkrar bizə müraciət edir, işə qəbul edilmir. Bu zaman şayiələr yaymağa başlayır. Yaxud da müxtəlif səbəblərdən işinə xitam verilən şəxslər telekanalın adına bu məlumatı yaya bilər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm