Azərbaycanda yeni xəbər kanalı açılacaq - Sənəd qəbulu başa çatdı
Bizi izləyin

İKT

Azərbaycanda yeni xəbər kanalı açılacaq - Sənəd qəbulu başa çatdı

Yeni ümumrespublika xəbər kanalının açılması ilə bağlı elan edilmiş müsabiqəyə sənəd qəbulu başa çatıb.

Milli Tеlеviziya və Radiо Şurasından (MTRŞ) Trend-ə verilən məlumata görə, qurumun yeni ümumrespublika xəbər kanalının açılması ilə bağlı elan etdiyi müsabiqəyə sənəd qəbulunun vaxtı bu gün başa çatıb.

Martın 11-dən aprelin 11-dək elan edilmiş müsabiqədə iştirak etmək üçün 3 iddiaçı - “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Real TV), “TV Media Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti və “RTV” Məhdud Məsuliyyətli Cəmiyyəti tələb olunan sənədləri Milli Tеlеviziya və Radiо Şurasına təqdim edib.

Müsabiqənin nəticələrinə MTRŞ-nin iclasında baxılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm