İKT
"Bakcell" müharibə veteranlarına həsr olunmuş sərgiyə dəstək göstərib
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Böyük Vətən müharibəsi veteranlarından bəhs edən sərgiyə dəstək göstərib.
9 May – faşizm üzərində Qələbə Gününə həsr olunmuş “Qələbə ruhunu yaşadanlarımız” adlı sərgi “Baki Metropoliteni” QSC tərəfindən “Bakcell”in dəstəyilə “Gənclik” stansiyasının keçidlərində təşkil edilib. Foto-sərgidə Böyük Vətən müharibəsində qəhrəmancasına vuruşmuş canlı əfsanələr - azərbaycanlı veteranların fotolarından ibarət tablolar nümayiş olunur. Bununla yanaşı, Böyük Vətən müharibəsində Azərbaycanın rolu barədə maraqlı, diqqətçəkən məlumatların verildiyi stendlər də sərgilənir.
Müharibə iştirakçıları haqqında daha ətraflı məlumat almaq üçün sərgidəki şəklin altında yerləşdirilən QR koddan istifadə etmək lazımdır.
Sərginin açılışı may ayının 7-də “Bakı Metropoliteni” QSC-nin və “Bakcell”in rəsmi nümayəndələri, həmçinin Böyük Vətən müharibəsi cəbhələrində döyüşmüş veteranların iştirakı ilə keçirilib.
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”