DİQQƏT: bu telefonlar artıq işləməyəcək
Bizi izləyin

İKT

DİQQƏT: bu telefonlar artıq işləməyəcək

Mərkəzi Çində yerləşən “Huawei” texnologiya şirkəti ilə ABŞ-ın “Google” şirkəti arasındakı problemlər davam edir.

Publika.az xəbər verir ki, son olaraq “Huawei”yə aid iki telefon modeli “Google”un rəsmi internet saytındakı “Android” siyahısından çıxarılıb.

Bu da o deməkdir ki, “Huawei P30 Pro” və “Huawei Mate X” telefonlarında “Android” əməliyyat sistemi işləməyəcək. Əlavə olaraq, “Huawei Mate 20 Pro”da “Android Q Beta” proqram ləğv olunub. Bu modellərin səhifəsinə girməyə çalışarkən istənilənin əvəzinə “Samsung”, LG, “Motorola”, “Nokia” və “Xiaomi” markalarının məhsulları çıxır.

Qeyd edək ki, “Google” “Huawei”nin “Android” lisenziyasını ləğv edib. Qərara əsasən, artıq “Huawei” məhsullarında “Google Play Store” proqramı işləməyəcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm