O şəxslərin efirə çıxmasına niyə qadağa qoyulub?
Bizi izləyin

İKT

O şəxslərin efirə çıxmasına niyə qadağa qoyulub?

Hazırda ölkəmizin ən çox baxılan və bütün inanclı kəsimin bir nömrəli telelayihəsi Space telekanalında yayımlanan “İnam” proqramıdır desək, o qədər də şişirtmərik. Lakin əldə etdiyimiz məlumata görə, bəzi din xadimlərinin bu verilişə çıxmasına qadağa qoyulub.

Məsələ ilə bağlı “İnam” verilişinin ideya müəllifi və aparıcısı, Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli ilə əlaqə saxladıq.

Publika.az-a danışan aparıcı xəbəri doğrulayaraq qonaq dəvətinə xüsusi diqqət yetirdiklərini bildirdi:

“Şişirtmədən deyirəm ki, “İnam” verilişi ölkədə dini marifləndirmə proqramı olaraq bütün inanclı insanlarımızın bir nömrəli telelahiyəsidir. Bunu aldığımız çoxsaylı mesajlardan, zənglərdən əminliklə söyləyə bilirəm. “İnam” verlişində qonaq olan ilahiyyatçıları şəxsən özüm dəvət edirəm. Vətəninə, dövlətinə, dininə öz əməli xidmətilə bağlı olan həqiqi mənəviyyat adamlarını verilişimizə çağırırıq. Şou proqramlara qatılaraq din adına çıxış edənlərin “İnam” verlişində iştirakını şəxsən mənəviyyat proqramına həqarət sayıram. Məhz bu səbəbdən o şəxsləri efirimizə çağırmırıq. Hesab edirəm ki, bu, bizim fərqimizdir və verilişimizin sevilməsinə, inanclı kəsim tərəfindən qəbul olunmasında, onların bir nömrəli telelayihəsinə çevirilməsində mühüm rol oynayıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm