İnternet sahəsində BİR İLK - Razılaşma imzalandı (FOTO)
Bizi izləyin

İKT

İnternet sahəsində BİR İLK - Razılaşma imzalandı (FOTO)

Almaniya və Niderlandın müdafiə nazirləri dünyada ilk hərbi internetin yaradılması haqqında razılaşmanı imzalayıblar.

Publika.az xəbər verir ki, bu haqda “ZDNet” bildirib.

Layihə “Tactical Edge Networking” (TEN) adlanacaq. O gələcəkdə NATO-nun başqa üzvlərinin hərbi şəbəkələrinin birləşməsi üçün prototip olacaq.

TEN-in qərargahı Almaniyanın Koblents şəhərində, dizayn mərkəzi isə Niderlandın Amersfort şəhərində yerləşəcək. TEN-in köməyi ilə birinci mərhələdə alman ordusunun yerüstü əməliyyatları və Niderland Müdafiə Nazirliyinin FOXTROT taktik rabitə proqramı arasında əlaqə yaradılacaq.

Hərbi internetin yaradılması iki ölkəyə bir neçə milyon avroya başa gələcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm