Sağlam həyata doğru yürüş... - FOTO
Bizi izləyin

İKT

Sağlam həyata doğru yürüş... - FOTO

QNET Rusiyanın Novosibirsk şəhərində"Mütləq həyat" adı altında xeyriyyə yürüşü keçirib.

Təşkilatçı QNET Beynəlxalq birbaşa satış şirkətinin təşkilatçılığı ilə sözügedən tədbir üçüncü dəfədir keçirilir.

Bu il iştirakçıların demək olar ki, hamısı Sibirdən gəlib: Novosibirsk və Novosibirsk vilayəti, Barnaul, Omsk, Tomsk, Belovo, Biysk, Kemerovo, Taştaqola, Berdsk, Novoaltaysk.

Mindən çox iştirakçı Mixaylovskin sahili boyunca 2 kilometr məsafə qət etdi və rekord məbləğdə pul (470,000 rubl) yığıldı.

260 min rubl iyul ayında sağlamlıq imkanları məhdud uşaqlar üçün yay düşərgəsi təşkil etmək məqsədilə "Yardım əli" xeyriyyə fonduna yönəldiləcək.

SİM uşaqlar üçün bu düşərgədə əlverişli mühit yaradılmışdır. Onlar sağlam həmyaşıdları ilə yanaşı yaşayır, düşərgə həyatında əməli iştirak edir, ünsiyyət qurur, dostluq edir özlərini lazımi, faydalı və ətrafdakılarla bərabər hiss edirlər.

200 min rubl Novosibirsk vilayətinin Regional ixtisaslaşdırılmış uşaq evinin Kirov şöbəsinin rəhbərliyinin qəyyumluğunda olan valideyn himayəsindən məhrum uşaqlara dəstək məqsədi ilə köçürülmüşdür. 10 min rubl "Snegiri" uşaq evində bayram şənliyi - çay mərasimi keçirilməsi üçün xərclənəcək.

Tədbir iştirakçıları arasında məsafəni ardıcıl üçüncü dəfə qaçanlarla yanaşı, yürüşə ailəsi və uşaqları ilə qoşulanların da sayı çoxdur.

Tədbirə ikinci dəfə qoşulan şirkətin müstəqil nümayəndəsi Yelena duyğularını paylaşır:

"Mən bura uşağım və həyat yoldaşımla birlikdə gəlmişəm. Təşkilatçılara afərin, hər şey yüksək səviyyədə təşkil olunub. Ailəmlə doyunca əyləndik. Xeyriyyə tədbirləri məhz belə əhval-ruhiyyə ilə keçirilməlidir!"

Yürüş iştirakçılarına Novosibirsk şəhər meriyasının Bədən tərbiyəsi və idman şöbəsinin müdir müavini Stanislav Danilenko və idman yürüşü üzrə 50 km məsafədə Olimpiya çempionu Andrey Perlov təbrik sözləri ilə müraciət etdi. Stanislav Danilenko tədbirin çoxsaylı sağlam həyat tərzini seçənlər üçün irimiqyaslı bayram olduğunu qeyd etdi.

Peşəkar fitness təlimçiləri yarış başlamazdan öncə isitmə hərəkətləri etdirdilər.

Kişilər arasında məsafəni birinci qət edən Yevgeni Şeqolixin, qadınlar arasında isə İrina Popkova oldu. Qaliblər və iştirakçılar medallar, diplomlar və hədiyyələrə təltif edildi və yürüşdən sonra hər kəsi festival gözləyirdi. Burada qonaqlar “frizlayt” işıqla rəsm texnikası üsulunda video çəkə, DJ-in əsrarəngiz müsiqi sədaları altında rəqs edə, nəhəng darts oynaya bilərdilər. Burada habelə 3D foto studiyası təşkil edilmişdi, həmçinin sağlam həyat tərzi seçənlər üçün şirkətin məhsullarından dequstasiya imkanı yaradılmışdı. Uşaqlar üçün ustalıq sinifləri təşkil edilmişdi, həmçinin uşaqlar da öz əlləri ilə oyuncaq hazırlaya bilərdilər.

Yürüşün "Mütləq Həyat" adlandırılması təsadüfi deyil.

QNET şirkəti yarandığı gündən sağlamlıq ideyasını dəstəkləməyə, rifah halının yaxşılaşdırılmasına və qarşılıqlı yardımın əhəmiyyətini aşılamağa çalışır. Bu missiya şirkətin məhsulları və xidmətlərində də öz əksini tapır.

Tədbir QNET şirkətinin “Ritm” adlı xeyriyyə fondu tərəfindən təşkil edilmişdir (RYTHM: “Raise Yourself To Help Mankind”yəni: "Bəşəriyyətə yardım etmək üçün özün ayağa qalx" ).

2018-ci ildə təşkil edilmiş yürüşün sayəsində 250 min rubl yığmaq mümkün oldu ki, bu məbləğin hesabına aztəminatlı ailələrdən olan uşaqlar 1 sentyabr tarixinə məktəbli ləvazimatları ilə təmin edildi.

2017-ci ildə vəsait uşaq sığınacaqlarının ehtiyaclarını təmin etmək məqsədi ilə toplanmışdı.

"Biz belə tədbirləri artıq neçənci dəfədir ki, təşkil edirik və hər il bizə qoşularaq iştirak etmək istəyənlərin durmadan artan sayından çox məmnunuq. Köməyini əsirgəməyən iştirakçıların yardımı ilə biz vəsait toplaya bildik ki, xüsusi diqqətə ehtiyacları olan uşaqları yay düşərgələrinə yollaya bilək. Orada onlar peşəkarların himayəsində, həmçinin diqqət və qayğı ilə əhatə olunacaqlar. Bu onların valideynlərinə böyük dəstəkdir və biz çox şadıq ki, onlara bu işdə yardımçı ola bilirik”, - deyə Rusiya və MDB üzrə QNET şirkətinin PR və marketinq üzrə rəhbəri İrina Polyakova söylədi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm