1xBet Bukmeker şirkəti "Barselona"nın qlobal tərəfdaşı oldu
Bizi izləyin

İKT

1xBet Bukmeker şirkəti "Barselona"nın qlobal tərəfdaşı oldu

BK 1xBet və FK Barcelona beş il müddətinə əməkdaşlıq müqaviləsi imzalayıblar və 30 iyun 2024-cü ilə qədər qüvvədə qalması planlaşdırılır.

Barselona futbol klubu və 1xBet sponsorluq razılaşması imzalayıblar. Buna görə dünyanın aparıcı mərc şirkətlərindən biri Kataloniya klubunun yeni qlobal tərəfdaşı oldu. Əməkdaşlıq müqaviləsi 5 illikdir və 30 iyun 2024-cü il tarixinə qədər etibarlı olacaq.

Barselona ən yaxşı tərəfdaşları tapmaq üçün qlobal strategiyanın bir hissəsi olaraq 1 iyul tarixində qüvvəyə minmiş razılaşmanı nəzərdən keçirir. Klub inanır ki, 1xBet ilə razılaşma nəinki İspaniyanın hazırkı çempionlarına komanda nəticələrində lider pozisiyalarını, həmçinin marketinq və idman sponsorluğu nöqtəyi nəzərindən qoruyub saxlayacaq.

Razılaşma Barselona və 1xBet in müxtəlif sahələrdə əməkdaşlığını,rəqəmsal fəaliyyətlərə xüsusi diqqət yetirərək həm meydança daxili həm meydançadan kənar əhatə edir. 1xBet promosyon materiallarını və marketinq kampaniyalarını tanıtmaq üçün klubun futbolçularını cəlb edə biləcək.

BK 1xBet, öz sahəsində və Avropa, Asiya və Latın Amerikasında olan ofisləri ilə 12 ildən artıq təcrübəyə malik olan beynəlxalq aparıcı oyun və texnologiya şirkətidir. Daha əvvəl şirkət İspaniyanın La Liga, İtaliya A Seriyası və İngiltərənin futbol klubu Tottenham də daxil olduğu bir sıra tanınmış tərəfdaşlar ilə müqavilə imzalayıb.

Hər iki brendin potensialını nəzərə alaraq tərəflər əməkdaşlığın effektiv olacağına əmindirlər.

Josep Pont, Barcelona FK-un idarə heyətinin üzvü və klubun ticarət bölməsinin başçısı

"Biz əminik ki, 1xBet ilə olan razılaşma bizə həm meydança daxili, həm də meydança kənar böyüməyimizə davam etməkdə kömək edəcəkdir. Bu razılaşma qlobal genişlənmə strategiyasını gücləndirəcək və əminəm ki, bu dünyanın yeni idman azarkeşləri ilə ünsiyyət qurmağımıza kömək edəcəkdir".

Alex Sammers, 1xBet nümayəndəsi

"Dünyanın ən güclü klublarından biri ilə saziş imzaladığımız üçün çox xoşbəxtik. Biz əminik ki, Barselona azarkeşlərinə müxtəlif təkliflər edə bilərik. Səmərəli əməkdaşlığa ümid edirik. Barselonanın şüarı "Klubdan daha artıq", ümid edirik ki, önümüzdəki 5 il ərzində komandanın azarkeşləri 1xBet-in bukmeker şirkətindən daha artıq olduğunu görəcəklər".

1xBet haqqında

BK 1xBet, öz sahəsində 12 ildən artıq təcrübəyə malik olan beynəlxalq aparıcı oyun və texnologiya şirkətidir. Mərc sənayesində sürətlə inkişaf edən şirkətlərindən biri olan 1xBet-in Avropa, Asiya və Latın Amerikasında yerləşən ofislərində 5000-dən çox peşəkar çalışır.

1xBet müştərilərinə matçdan əvvəl və canlı rejimdə ən çox sayda tədbir təqdim edir. Şirkət müştərilərə geniş çeşidli əyləncə təklif edərək, nüfuzlu onlayn slotlara və digər oyunlara malikdir. Rəqəmsal sövdələşməyə yönəldilən BK 1xBet, 250-dən çox ödəniş sistemi ilə əməkdaşlıq edir və 30 dildə gecə-gündüz müştəriyə dəstək göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm