Türkiyəni hədəf alan qrupa AĞIR ZƏRBƏ
Bizi izləyin

İKT

Türkiyəni hədəf alan qrupa AĞIR ZƏRBƏ

“Facebook” Səudiyyə Ərəbistanı hökuməti adından “gizli təsir” kampaniyası həyata keçirən bir qrupu müəyyən edərək fəaliyyətinə son qoyub.

Publika.az xəbər verir ki, CNN telekanalının məlumatına görə, səhifələrin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Misirdəki iki marketinq şirkəti tərəfindən idarə olunduğu müəyyən edilib.

Bu qrup tərəfindən yaradılan səhifələrdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın iqtisadi və sosial islahat planları ilə Səudiyyənin Yəməndə həyata keçirdiyi əməliyyatlar təbliğ edilir, Türkiyə, İran və Qətər kimi ölkələrə qarşı tənqid xarakterli materiallar verilirdi. Sözügedən səhifələrin “Facebook”da reklamlara 167 min dollar xərclədiyi və təxminən 14 milyon izləyicisi olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm