İKT
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi loqosunu təqdim etdi – AİR Center
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi özünün yeni loqosunu təqdim edib.
Publika.az xəbər verir ki, yeni loqonun təqdimatı bu gün mərkəzdə keçirilən mətbuat konfransı zamanı baş tutub. Mərkəzin idarə heyətinin sədri Fərid Şəfiyev bildirb ki, qurumun hədəfi daha çox xarici auditoriyadır: “Mərkəz loqoda qeyd olunan “AİR Center” adı ilə dünyada tanınmağı hədəfləyir. Bilirsiniz ki, “AİR” ingilis dilində hava deməkdir. Bu abbreviatura ingilis dilindən Azərbaycan dilinə Beynəlxalq Münasibətlərin Təhlili (Analysis of İnternetional Relations) kimi tərcümə olunur. Hesab edirik ki, bu da müsbət ab-hava yaradacaq. Mərkəzin bütün rəsmi yazışmalar və razılaşmalarında, o cümlədən sosial şəbəkələrdəki rəsmi səhifələrində bu loqodan istifadə olunacaq”. F.Şəfiyev onu da bildirib ki, “AİR Center”in fəaliyyətində hər şey şəffaf şəkildə olacaq: “Məsələn, xarici alimlər üçün təqaüdlər olacaq. Bu təqaüdlər əsasında onlar xarici akademik dairələr üçün ölkəmizlə bağlı məqalələr yayımlayacaqlar”. F.Şəfiyev qarşıdakı planlar haqqında da danışıb: “Sentyabr ayında “Əsrin müqaviləsi” ilə bağlı elmi seminar, yaxud dəyirmi masa keçirmək istəyirik. Tədbir ingilis dilində olacaq. Ümumiyyətlə, bizim tədbirlərin əksəriyyəti Azərbaycan və müəyyən dərəcədə ingilis dilində olacaq. Digər bir tədbir Qoşulmama Hərəkatı ilə bağlı olacaq. Bu tədbir mətbuat və ölkəmizin mütəxəssisləri üçün keçiriləcək. Oktyabrın 3-də türkdilli dövlətlərin düşüncə mərkəzlərinin konfransını keçirəcəyik. Digər planlarımız da var. Onlar barədə də press-reliz və sosial şəbəkə vasitəsilə məlumat verəcəyik”.
Səxavət
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO