Jurnalistlər üçün yeni müsabiqə
Bizi izləyin

İKT

Jurnalistlər üçün yeni müsabiqə

Azərbaycan Mətbuat Şurası “SOCAR-AQŞ” MMC ilə birlikdə “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi münasibətilə kütləvi informasiya vasitələrinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında yaradıcılıq müsabiqəsi keçirir.

Şuradan verilən məlumata görə, müsabiqə üzrə 4 istiqamət nəzərdə tutulur: “Əsrin müqaviləsi”: Azərbaycanın müasiq neft və qaz sanayesində qazma işlərində yeni dövrün başlanğıcı; Azərbaycan neft-qaz sanayesində qazma işlərinin modernləşdirilməsi yeni neft strategiyasının mühüm tərkib hissəsidir;

Azərbaycan neft-qaz sanayesinin mühüm tərkib hissəsi olan qazma işlərinin dünya neft-qaz sanayesinə verdiyi töhfələr; Azərbaycan neft-qaz sanayesində qazma işlərinin tarixi, bu günü və perspektivləri.

Dörd istiqamət üzrə müsabiqədə birinci yer (4 nəfər) üçün 2000 manat, ikinci yer (4 nəfər) üçün 1500 manat, üçüncü yer (4 nəfər) üçün 1000 manat məbləğində mükafat müəyyənləşdirilib. Həvəsləndirici mükafat (10 nəfər) 200 manatdır.

Müsabiqəyə 2019-cu il avqustun 9-dan sentyabrın 10-də qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq yazılar, həmçinin telekanallarda efirə verilmiş video-materiallar, radiolarda səsləndirilmiş audio-materiallar buraxılacaq. Materiallar həm şəxsən, həm də elektron poçt vasitəsilə 2019-cu il avqustun 9-dan sentyabrın 10-dək həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı) - Azərbaycan Mətbuat Şurasında qəbul ediləcək. Qalib və mükafatçıların adları 2019-cu il sentyabr ayının 20-dək açıqlanacaq.

Müsabiqə ilə bağlı ətraflı məlumat Mətbuat Şurasının presscouncil.az internet ünvanında yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm