Tanınmış jurnalist OBA-da rəhbər vəzifəyə təyin olundu
Bizi izləyin

İKT

Tanınmış jurnalist OBA-da rəhbər vəzifəyə təyin olundu

Tanınmış jurnalist, PR və marketinq kommunikasiyaları üzrə ekspert Vüqar Baba OBA marketlər şəbəkəsinin Marketinq və Kommunikasiya Departamentinə direktor təyin olunub.

Publika.az xəbər verir ki, o, həmçinin şirkətinin idarə heyətində təmsil olunacaq. Məlumatı təsdiqləyən Vüqar Baba bildirib ki, şirkət rəhbərliyinin ona göstərdiyi etimadı doğrultmağa çalışacaq.

Qeyd edək ki, Vüqar Baba bundan öncə AS Şirkətlər Qrupunun Marketinq və Satış Departamentinin direktor müavini vəzifəsində çalışırdı.

Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm