"Azercell"in yeni “Bookmate plus” paketi ilə dünya ədəbiyyatı sizin smartfonunuzda!
Bizi izləyin

İKT

"Azercell"in yeni “Bookmate plus” paketi ilə dünya ədəbiyyatı sizin smartfonunuzda!

Fəaliyyəti boyunca bir sıra yeniliklərə imza atan “Azercell Telekom” MMC mütaliəni hər kəs üçün daha da əlçatan edərək, Azərbaycan, türk, ingilis, rus və digər dillərdə dünya ədəbiyyatını oxumaq və audio versiyasını dinləmək üçün sərhədsiz imkanlar yaradır.

Bu dəfə ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru Azercell, qiraət həvəskarlarının istifadəsinə yeni “Bookmate Plus” paketini təqdim edir. Azercell abunəçilərə bir paket çərçivəsində məkandan və istifadə olunan cihazdan asılı olmayaraq, hətta oflayn rejimdə belə 1 milyondan çox müxtəlif janrlarda elektron və audio kitabları özündə cəmləşdirən zəngin elektron kitabxanadan istifadə etmə imkanı yaradır.

“Bookmate Plus” paketini aktiv etmək qaydası çox sadədir: Həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan “Bookmate” tətbiqini App Store və ya Play Store-dan yüklədikdən sonra, xidmətə günlük qoşulmaq üçün smartfonun ekranında *511#yes, aylıq aktiv etmək üçün isə *533# yes komandasının yığılması kifayətdir.

Azercell-in “Bookmate Plus” paketi elektron kitabxananın xəzinəsini abunəçilər üçün daha da əlçatan edərək, günlük paket çərçivəsində elektron ve audio kitablardan istifadə üçün 50%-dən çox endirim təqdim edir. Bununla yanaşı Azercell “Bookmate Plus”-dan ilk dəfə istifadə edən abunəçilərə paketdən 7 günlük pulsuz istifadə üçün də müstəsna fürsət yaradır.

Daim yenilənən rəqəmsal kitabxana haqqında ətraflı məlumat üçün bu səhifəyə daxil olun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm