Plastik tullantılara qarşı mübarizə məqsədilə film çəkildi - - VİDEO
Bizi izləyin

İKT

Plastik tullantılara qarşı mübarizə məqsədilə film çəkildi - - VİDEO

Azərbaycan Könüllülər İctimai Birliyi (AKİB) tərəfindən YUNESKO-nun dəstəyilə keçirilən “Azərbaycanda plastik tullantılara qarşı mübarizə” layihəsi çərçivəsində könüllülərin “Azərbaycanda Plastik Tullantılara Son” kompaniyasına qoşulmalarını həvəsləndirmək üçün sosial film hazırlanmışdır.

Məqsəd ölkədə və xüsusilə Bakı şəhərində ekoloji problemlərin həllində dövlətə ictimai dəstək vermək, BMT-in Ətraf Mühit proqramı modelinin Azərbaycan ərazisinə tətbiq etməklə qısa zaman ərzində böyük müsbət dəyişikliklər üçün ciddi addımlar atmaq, plastik tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə məlumatlılığın artırılması və müvafiq olaraq plastik qabların istifadəsini azaltmaq və qarşısını almaq üçün praktiki yolların tapılması, ekoloji mədəniyyəti artırmaqla Azərbaycanın turistik yerlərini təmiz saxlamaqdır.

Məlumat üçün bildirək ki, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub və bu məqsədlərə çatmaq üçün üzərinə öhdəliklər götürüb. Xüsusən, DİM 12 “Dayanıqlı İstehlak və İstehsal” və 13 “İqlim dəyişikliyi” məqsədlərinə uyğun olaraq AKİB “Azərbaycanda plastik tullantılara qarşı mübarizə” layihəsi çərçivəsində hökümət və qeyri-hökümət və beynəlxalq təşkilatların nümayəndələrinin, gənclər və gənclər təşkilatlarının və 200 nəfər könüllünün iştirakı ilə qeyd olunan mövzu ilə bağlı Forum və 30 nəfər könüllü üçün TOT (Təlimçilər üçün Təlim) seminarlar təşkil olunmuşdur.

21 sentyabr 2019-cu il tarixində “Ümumdünya Təmizlik günü”ndə “Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında Sabunçu rayonu ərazisində yerləşən Pirşağı çimərliyində sahilyanı təmizlik kampaniyası keçirildi. 250-dən çox könüllünün iştirakı ilə baş tutan tədbirdə 2 tona yaxın məişət tullantıları toplandı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm