İKT
"Azercell" bölgə ali təhsil müəssisələrinin tələbələri ilə görüşüb
Ölkədə rəqabət qabiliyyətli kadrların hazırlanmasına daim dəstək olan “Azercell Telekom” MMC, öz fəaliyyətini bu istiqamətdə uğurla davam etdirir.
Bu dəfə sentyabr ayının 16-dan start verilən Tələbə Təqaüdü Proqramında hər bir tələbəyə iştirak üçün fürsət yaratmaq məqsədilə, Azercell ölkəmizin bölgələrində yerləşən bütün ali təhsil müəssisələrini ziyarət edib. Azercell-in İnsan Kapitalının İdarə edilməsi departamentinin mütəxəssisləri Gəncə, Naxçıvan, Mingəçevir və Lənkəran şəhərlərində ali təhsil alan tələbələrlə görüşərək, onlara əmək bazarında mövcud tendensiyalar və istiqamətlər, şirkətdə karyera qurmaq imkanları və Tələbə Təqaüdü Proqramı haqqında geniş məlumat veriblər. Görüş zamanı tələbələrin proqramda iştirak şərtləri, seçim mərhələləri və qeydiyyat qaydası barədə çoxsaylı sualları da cavablandırılıb.
Qeyd edək ki, 2020-ci il üçün elan edilmiş Tələbə Təqaüdü Proqramı çərçivəsində son iki kurs tələbələri akademik bilikləri, dünyagörüşü, elmə və təhsilə həvəsi və digər meyarlar əsasında qiymətləndiriləcəklər. Qaliblər isə təhsil ilinin sonunadək Azercell-dən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, həm də telekommunikasiya sahəsində mövcud biliklərini artırmaq, rəqəmsal dünyanın ən son trendləri ilə yaxından tanış olmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və təcrübə keçmək üçün əvəzolunmaz şans qazanacaqlar.
Xatırladaq ki, Azercell Tələbə Təqaüdü 2020-də iştirak üçün müraciətlərin qəbulu artıq açıqdır və son qəbul tarixi oktyabr ayının 16-dır. Təqaüd proqramı üzrə müraciət etmək üçün müvafiq elektron müraciət ərizəsi doldurulduqdan sonra, tələbə bileti və qiymət kitabçasının (transkript) skan versiyaları ilə birlikdə [email protected] e-mail ünvanına göndərilməlidir.
Yeni dərs ilində Azercell təqaüdçüsü adını qazanmaq fürsətini qaçırma!
Əlavə məlumat üçün bu səhifəyə daxil olun.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...