• USD 1,7000 0,00% EUR 1,8883 0,00%
    • GBP 2,2364 0,00% RUB 0,0267 0,00%

"Xiaomi"nin uğurlarının arxasında qadın əli var - Sən demə...

  • İKT
  • 20 Noyabr 2019 16:31
"Xiaomi"nin uğurlarının arxasında qadın əli var - Sən demə...

“Xiaomi”nin bəzi qurumlarında montajda işləyənlərin 95%-ni qadınlar təşkil edir.

Publika.az xəbər verir ki, “Xiaomi” gündəlik həyatı asanlaşdıran texnologiyaları, xüsusilə də ağıllı telefonları ilə məşhur olan bir şirkətdir.

Bəs “Xiaomi”nin ağıllı telefonlarının hansı əllərdən keçərək sizə çatdığını bilirsinizmi?

Bu gün istifadə etdiyiniz “Xiaomi” ağıllı telefonlarının istehsalı prosesinin böyük qismində qadın əməyindən istifadə olunur. Bunu “Xiaomi”nin Hindistandakı bir qurumu nümunəsində izah etmə başlayaq. Hindistanın Siri- Siti şəhərində olan Fokskon təsisləri, “Xiaomi” ağıllı telefonlarının montajlandığı yerlərdən biridir. Təkcə bu təsisin özündə 180 qadın işləyir. Hər bir qadın telefonun müəyyən hissələrini birləşdirmək üzrə nizamlanmış montaj yerlərində fəaliyyət göstərir. Telefon parçaları bir araya gətiriləndə işçilər hər parçanı yavaş hərəkət edən bir konveyer üzərinə qoyaraq yanlarındakı işçilərə ötürürlər.

İstifadə etdiyimiz telefonlar əlimizə çatmazdan əvvəl dizayn mərhələsində və montaj xəttində bir neçə testdən keçir. Bu testlər arasında, telefonun 20 saat müddətində -15 selsi, ya da 60 selsi dərəcə istilikdə tutulduğu termal test, 10.000 dəfə USB dayanıqlılıq testi və qulaqlıq dayanıqlılıq testi mövcuddur.

“Xiaomi”nin təsislərində istehsal edilən telefonların, istehsal müddəti isə olduqca təəccübləndiricidir. Çünki telefonların tək parçasının belə birləşdirilməmiş halından qablaşdırma mərhələsinə gəlməsi təxminən 24 saat çəkir.

Hindistandakı ağıllı telefon bazarında 27%-lik payı olan “Xiaomi”, ölkədə bir çox quruma sahibdir. Bu təsislər hər üç saniyədə, bir ağıllı telefon ərsəyə gətirir.

Qeyd edək ki, “Xiaomi”, 2015-ci ildə Hindistan bazarına girişindən bu yana ölkədə 10 milyondan çox telefon satıb.

Məhərrəm Əliyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR