Məlumatı birbaşa beyinə yükləmək mümkündür? - Alimlərdən qeyri-adi kəşf
Bizi izləyin

İKT

Məlumatı birbaşa beyinə yükləmək mümkündür? - Alimlərdən qeyri-adi kəşf

Elm adamları məlumatı beyinə yükləmək üçün yeni üsul tapıb.

Publika.az xəbər verir ki, ABŞ-ın Kaliforniya şəhərində yerləşən HRL Laboratoriyaları, təhsilli pilotun həqiqi bir təyyarə simulyasiyasını öyrənərkən beynindəki elektrik siqnallarının məlumatlarını başqa bir təcrübəyə köçürə biləcəklərini deyib.

HRL Laboratoriyalarının səlahiyyətli nümayəndələri mövzu ilə əlaqədar bu açıqlamanı verib: "Spesifik olaraq mühərrik performans sinerjisini tələb edən bir təyyarəni uçurtmağı qərara aldıq. Bir şey öyrənəndə beyin fiziki olaraq dəyişir. Neyroplastiklik deyilən bir müddətdə əlaqələr qurulur və gücləndirilir".

Qeyd edək ki, HRL Laboratoriyalarının təqdim etdiyi bu üsul bir məlumatın birbaşa deyil, daha asan öyrənilməsini təmin edir. Bu təcrübəyə qatılan insanlar iştirak etməyənlərlə müqayisədə təyyarə simulyasiyasını 33% daha asan öyrənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm