İKT
"Azercell"dən 5G virtual oyunları və fotomüsabiqə!
Azercell Telekom ənənəsinə sadiq qalaraq bu il də dekabrın 1-dən yanvarın 6-dək “Nargis Fund” tərəfindən Fəvvarələr meydanında keçirilən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına dəstək olur. Xatırladaq ki, xeyriyyə yarmarkasından toplanan vəsait ənənəyə uyğun olaraq, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatlarına sərf ediləcək.
Ötən ay Bakının Fəvvarələr Meydanında ilk dəfə 5G sürət sınağını həyata keçirən "Azercell" şirkəti bu ilki yarmarka ziyarətçilərinə müasir zamanın ən qabaqcıl və sürətli əyləncə vasitəsi - 5G virtial oyunlarını təqdim edir. Belə ki, heç bir ləngimə olmadan, sürətli və etibarlı bağlantını təmin olunduğu əsl oyun həyəcanını yarmarkaya gələn hər kəs özü yaşaya bilər. İştirakçılar xüsusi Oculus RIFT dəsti vasitəsilə virtual idman ərazisində “multiplayer” rejimində özlərini çoxsaylı oyunçulardan biri olaraq təsəvvür edəcəklər. Bütün bunlar "Azercell"in ölkəmizdə ilk dəfə olaraq test rejimində təqdim etdiyi 5G sürəti ilə mümkün olacaq.
Bundan əlavə, "Azercell" “Soyuq Əllər, İsti Ürək” yarmarkasına gələn hər kəs üçün Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Rəqəmsal dünyada da həmrəy olaq!” şüarı altında foto müsabiqə elan edir. 5 yanvar 2020-ci il tarixinə qədər keçiriləcək müsabiqənin iştirakçıları müsabiqə mövzusunun atributikasına aid çəkdikləri şəkli Azercell heşteqi altında Feysbuk və İnstaqram səhifələrində yükləməklə şirkətdən dəyərli hədiyyələr əldə edəcəklər.
Müsabiqənin şərtləri ilə aşağıdakı səhifə vasitəsilə daha ətraflı tanış olmaq olar: www.azercell.com/musabiqe
Beləliklə, “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının "Azercell" guşəsini ziyarət edən hər kəs soyuq qış günlərində həm əylənə, həm də hədiyyə qazana biləcək.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident