
Lider TV-nin yayımı bərpa olunub.
Axar.az xəbər verir ki, dünən gecədən bəri yayımı yarıda kəsilən kanal artıq fəaliyyətini davam etdirir.
Qeyd edək ki, dünən gecə saatlarında kanalın yayımı dayandırılmışdı. Milli Televiziya və Radio Şurasından verilən açıqlamada kanalda texniki problemlərin olduğu, o problemlər aradan qalxdıqdan sonra yayımın bərpa olunacağı bildirilmişdi.