“Ürəklər”iniz ilə koronavirusla mübarizəyə dəstək olun!
Bizi izləyin

İKT

“Ürəklər”iniz ilə koronavirusla mübarizəyə dəstək olun!

Son günlər ölkədə iri holdinq və şirkətlər kimi əhali də Koronavirusla (COVİD-19) Mübarizəyə Dəstək Fonduna ianələr etmək istəyir. Bunu nəzərə alaraq, BirBank mobil tətbiqində yeni funksiya təqdim edilib. Belə ki, artıq tətbiq istifadəçiləri bonus şəklində topladıqları “Ürəklər”ini dəstək fonduna ianə formasında “xərcləyə” bilərlər.

Fondun ianə hesabına 10 000 “Ürək” müqabilində 1 manat, 50 000 “Ürək” müqabilində 5 manat, 95 000 “Ürək” müqabilində isə 10 manat köçürmək olar. Funksiya tətbiq olunan zamandan, bir neçə saat ərzində artıq 10 000 manatdan artıq vəsait toplanıb və bu məbləğ sürətlə artmaqdadır.

Qeyd edək ki, BirBank mobil tətbiqinin istifadəçiləri POS terminal, İnternet və BirBank vasitəsilə nağdsız ödənişlər edərək, “Ürək” qismində olan bonuslar qazana bilirlər. Sonra həmin bonusları toplayıb, müxtəlif hədiyyələrə dəyişmək mümkündür.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm