Tvitterdən gözlənilməz qərar: bir neçə dildəki hesabları donduruldu
Bizi izləyin

İKT

Tvitterdən gözlənilməz qərar: bir neçə dildəki hesabları donduruldu

İranın dini lideri Ayətullah Əli Xameneinin Tvitter hesabları dondurulub.

Publika.az xəbər verir ki, dini liderin bir neçə dildə fəaliyyət göstərən hesablarına daxil olmaq istəyənlər “Hesab dondurulub. Tvitter, Tvitter qaydalarını pozanları dondurur” sözləri ilə qarşılaşıblar.

Xameneinin fars və ingiliscə hesabları qısa müddət sonra açılsa da, ərəb, urdu və fransız dilindəki hesabları hələ də bağlıdır.

Tvitter və Xamenei hələ ki, məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, bu, ilk belə hal deyil.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm