İKT
Məşhur aparıcıya VƏZİFƏ VERİLDİ - - FOTO
“Əziz dostlarım, 18 il çalışdığım ATV kanalından öz ərizəmlə işdən ayrıldım. Təbii ki, 18 il eyni şirkətdə çalışmaq, müxbirlikdən baş redaktor və departament rəhbəri vəzifəsinədək yüksəlmək mənə göstərilən böyük etimad idi”.
Publika.az xəbər verir ki, bu sözləri ATV-nin ictimai-siyasi verilişlər departamentinin baş redaktoru, tanınmış telejurnalist Vaqif Aydınoğlu sosial şəbəkədə yazıb.
Kanaldan ayrılan aparıcı yeni vəzifəyə təyin olunduğunu qeyd edib: “Bu müddət ərzində istər xəbər rəhbəri kimi, istərsə də 10 ildən artıq dövrdə müəllifi və aparıcısı olduğum “HəftəSonu” analitik informasiya proqramında hər zaman dövlətimin və xalqımın milli mənafeyi mənim üçün əsas prioritet olub. Bundan sonra da işlədiyim sahədən asılı olmayaraq vicdanlı vətəndaş kimi dövlət və dövlətçiliyin keşiyində olacam. İnşallah yeni iş yerim və vəzifəmlə bağlı tezliklə məlumat verəcəm”.

Məlumat üçün bildirək ki, “BakuPost” V.Aydınoğlunun bundan sonra “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin müavini kimi çalışacağı xəbərini yayıb.
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO


































