Bu kosmik stansiya gözlə görüləcək - Rusiyadan iddialı LAYİHƏ
Bizi izləyin

İKT

Bu kosmik stansiya gözlə görüləcək - Rusiyadan iddialı LAYİHƏ

Rusiya vətəndaşları may ayının sonunadək Beynəlxalq Kosmik Stansiyanı (BKS) aydın şəkildə gözlə müşahidə edə biləcəklər.

Publika.az xəbər verir ki, bu barədə "Roskosmos" məlumat yayıb.

Bildirilib ki, kosmik stansiyanı Rusiyanın bütün bölgələrindən, eləcə də bir sıra qonşu ölkələrdən gecə vaxtı müşahidə etmək mümkün olacaq: "BKS parlaq ulduz kimi görünəcək. Onu izləmək üçün cənub üfüqünə baxmaq lazımdır. Çünki stansiya cənub-qərbdən cənub-şərqə uçur".

Federal Xəbər Agentliyinin verdiyi məlumata görə, mayın 16-da "Roskosmos", ABŞ-ın NASA kosmik agentliyinin rəhbərliyini Rusiyaya dəvət edərək əməkdaşlıq haqqında müzakirə aparıb.

Bildirilir ki, iki dövlətin qarşılıqlı fəaliyyəti nəticəsində Ayda kəşfiyyat işləri aparılacaq. Bunun üçün iddialı layihələrin hazırlandığı məlum olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm