“Twitter”ə GENİŞMİQYASLI HÜCUM: siyasətçilərin və biznesmenlərin hesabları qırıldı
Bizi izləyin

İKT

“Twitter”ə GENİŞMİQYASLI HÜCUM: siyasətçilərin və biznesmenlərin hesabları qırıldı

“Twitter”də haker hücumu olub.

Publika.az xəbər verir ki, bir çox siyasətçi və iş adamlarının hesabları heklənib.

Onlar arasında ABŞ-ın sabiq prezidenti Barak Obama, “Microsoft”un qurucusi Bill Qeyts, “Tesla”nın rəhbəri Elan Mask, ABŞ-ın sabiq vitse-prezideni Co Bayden, “Amazon”un sahibi Ceff Bezos, iş adamı Maykl Blumberq və reper Kanye Vest də var.

Bununla yanaşı, “Apple” və “Uber” kimi nəhəng şirkətlərin hesabları da ələ keçirilib. Daha sonra edilən paylaşımlarda anonim Bitkoin ünvanının bilgisi verilib və həmin ünvana pul köçürülməsi istənib.

“Twitter” məsələ ilə bağlı dəstək hesabından qısa açıqlama verib. Bildirilib ki, şirkət təhlükəsizlik olayını görür, sorğulayır və düzəltmək üçün addımlar atır.

Heklənən hesablardan edilən paylaşımlar isə qısa müddət sonra silinib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm