Azərbaycanlı ərəbşünaslar erməniləri belə susdurdu - FOTOLAR
Bizi izləyin

İKT

Azərbaycanlı ərəbşünaslar erməniləri belə susdurdu - FOTOLAR

İyulun 12-də erməni hərbi birləşmələrinin Tovuz istiqamətində təxribat hücumu ilə yanaşı, informasiyası təxribatı da həyata keçirilib.

Publika.az
xəbər verir ki, işğalçı ölkənin hərbi cəbhədə olduğu kimi informasiya cəbhəsində də təxribatlarının qarşısı alınıb, layiqli cavab verilib.

Azərbaycanlı ərəbşünasların ərəbdilli ermənilərin dezinformasiyasına qarşı mübarizəsi belə nümunələrdən biridir.

Sosial şəbəkələrdə ərəbdilli xəbər agentliklərinə məxsus səhifələrdə son hadisələrlə bağlı paylaşılmış xəbərlərin şərh bölməsində ərəbdilli ermənilər Azərbaycanla bağlı yalnış məlumatlar verməklə oxucuları çaşdırmağa çalışıb. Lakin Azərbaycan tərəfindən təmsil olunan ərəbşünaslar və ərəb dilini bilən şəxslər könüllü olaraq ermənilərin dezinformasiya xarakterli rəylərinə qətiyyətlə cavab verib, Azərbaycanın haqlı mövqeyini bildirən, mötəbər dəlillərə əsaslanan məlumatlar paylaşıbdır.

Azərbaycanlı ərəbşünasların informasiya müharibəsi çərçivəsində qətiyyətli addımları ərəb oxucuları tərəfindən rəğbətlə qarşılanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm