İKT
25 yaşlı TREND
Bu gün "Trend" Beynəlxalq İnformasiya Agentliyinin (BİA) fəaliyyətə başladığı gündür. Agentliyin yaranmasından 25 il ötür.
“Trend” BİA 1995-ci ildə yaradılıb. Agentliyin bazası əsasında Trend Ekspert Şurası fəaliyyət göstərir. Şuranın tərkibinə region və Qərb ölkələrinin 40-a yaxın tanınmış müstəqil eksperti daxildir. 2010-cu ildə "Trend" Asiya və Sakit okean ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzv qəbul edilib. “Trend” 5 dildə - Azərbaycan, türk, ingilis, rus və fars dillərində fəaliyyət göstərir.
Trend BİA-nın nailiyyətlərindən biri də İran, Gürcüstan və Orta Asiya ölkələrinin media məkanında rəqabət səviyyəsində çalışmasıdır. 2010-cu ildə "Moody's International" Trend-in beynəlxalq səviyyəli idarəçiliyi olan şirkət qismində statusunu təsdiq etdikdən sonra agentlik nüfuzlu məlumat bazalarına çıxış əldə edib və bunun nəticəsi olaraq bu gün agentliyin yüzlərlə xəbəri transmilli mediada təkrar dərc olunur.
Trend qlobal informasiya məkanında inkişafa doğru beynəlxalq strategiyasını həyata keçirməyə davam edir. Trend-in törəmə fransızdilli layihəsi, Parisdə yerləşən lagazette.fr internet-qəzeti artıq Fransada fəaliyyətə başlayıb. Bundan əlavə, yaxın gələcəkdə oxşar layihələrin digər Avropa ölkələrində də inkişafı planlaşdırılır.
Publika.az kollektivi "Trend" BİA-da çalışan həmkarlarını təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır!
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye