Vatsapda YENİ FUNKSİYA
Bizi izləyin

İKT

Vatsapda YENİ FUNKSİYA

Vatsap messenceri bir hesaba bir neçə qurğunun bağlanmasına imkan verən funksiya işə salır.

Bu funksiyanın yekun versiyası artıq hazırdır və yaxın zamanlarda beta-sınaqlar işə salınacaq.

Yeniliyə əsasən, Vatsapda “Əlaqəli qurğular” düyməsi peyda olacaq.

Bu funksiya vasitəsilə bir hesaba 4-dək qurğu bağlana biləcək. Bir dəfə bağlandıqdan sonra digər qurğulardan hesaba smartfonun köməyi olmadan qoşulmaq mümkün olacaq. Həmin qurğularda yazışma tarixçəsini, oxunma işarəsini sinxronlaşdırmaq mümkün olacaq. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm