• USD 1,7000 0,00% EUR 1,9881 -0,26%
    • GBP 2,3304 +0,22% RUB 0,0235 +0,43%

"Facebook"dan YENİ QADAĞA: Bu kontentlər silinəcək

  • İKT
  • 13 Oktyabr 2020 02:42
  • 1 159 Baxış
"Facebook"dan YENİ QADAĞA: Bu kontentlər silinəcək

""Facebook" çoxdan nifrəti, kütləvi ölümləri, o cümlədən də holokostu təqdir edən paylaşımları silir"

Publika.az xəbər verir ki, bunu "Facebook"un yaradıcısı Mark Zukerberq yeniliyi şərh edərək deyib.

O bildirib ki, bu, sosial şəbəkənin siyasətinin ciddi surətdə dəyişməsi deməkdir:

“Antisemitizm artdıqca biz siyasətimizi genişləndirir və eyni zamanda holokostu inkar edən, yaxud onun barədə informasiyanı təhrif edən kontentə qadağa qoyuruq”.

O həmçinin bildirib ki, “söz azadlığını dəstəkləmək zərurəti ilə holokostun dəhşətini azaltmaq və ya inkar etməyin vurduğu zərbə arasındakı ziddiyyətlər ona vicdan əzabı verirmiş”. Zukerberq etiraf edib ki, antisemitizmə dayanan zorakılığın artması barədə məlumatları gördükdən sonra bu məsələ barədə fikri dəyişib.

Bundan əvvəl "Facebook"un yaradıcısı dəfələrlə bildirmişdi ki, sosial şəbəkələr senzura ilə məşğul olmamalıdır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR