Smartfonların "ömrü" ilə bağlı gözlənilməz AÇIQLAMA
Bizi izləyin

İKT

Smartfonların "ömrü" ilə bağlı gözlənilməz AÇIQLAMA

Batareyaların “ömrü” məhdud olduğu üçün smartfonlar təxminən üç ildən bir dəyişdirilməlidir.

Publika.az xəbər verir ki, bu barədə Hi-Tech Mail.ru-nun rəhbəri Dmitri Ryabinin xəbərdarlıq edib.

O, cihazın xidmət müddətini artırma və ya azaltma yolları barədə də danışıb.

Mütəxəssisin sözlərinə görə, orta smartfon istifadəçisi onu təxminən üç ildə bir dəfə dəyişdirir. Ancaq bu müddət tədricən artır. Dmitri Ryabinin bunun səbəbini yeni cihazların bənzərliyində və insanı telefonu dəyişdirməyə məcbur edə biləcək yeniliklərin olmamasında görür.

“İndi “replacement” müddəti - yəni bir smartfonu istifadə etdiyimiz dövr sürətlə üç ilə yaxınlaşır. Bu bir rekorddur, heç vaxt belə olmayıb. Artıq alıcıların anlayışında smartfonlar – təzəsi yeni funksiyalarla çıxanda deyil, köhnəsi xarab olduqdan sonra dəyişdirilən məişət texnikasına çevrilir. Alıcılar xüsusiyyətlərə və dizayna əhəmiyyət verməyi dayandırıblar. Onlar üçün hər şey eyni olub. Köhnə smartfonu daha uzun müddət istifadə edirlər, yenisini almağa məcbur etmək çətinləşib”, - deyə ekspert vurğulayıb.

Ancaq o, üç ilin də müasir alətlər üçün çox olduğunu vurğulayıb.

“Bəzi insanlar smartfonlarını üç ildən çox istifadə edirlər, onlar isə (hər şeydən əvvəl batareyalar) bu müddət üçün dizayn edilməyib. Təxminən iki ildən sonra batareyanın tutumu nəzərəçarpacaq dərəcədə azalır, smartfon da avtonom işlə əlaqədar satın alındıqdan dərhal sonra olan göstəricilərdən xeyli geri qalmağa başlayır”, - deyə D.Ryabinin izah edib.

Mütəxəssis smartfonun xidmət müddətinin yalnız mütəxəssislərin uzada biləcəyini, istifadəçilərin isə təsadüfən qısalda biləcəyini vurğulayıb.

“Beş-on il əvvəlki telefonlardan, hətta smartfonlardan fərqli olaraq, indi demək olar ki, bütün modellərdə çıxarıla bilməyən batareyalar var. Batareyada problemlər ortaya çıxan kimi xidmət mərkəzinə getməli və əlavə pul xərcləməlisiniz. Sürətli şarj etmək batareyanın bu deqradasiya prosesini tezləşdirir”, - Dmitri Ryabinin bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm