İKT
İnternet məhdudiyyəti aradan qaldırılacaq? — Açıqlama
Məlum olduğu kimi, dünən karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar qəbul edilib. Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılaraq digər əməkdaşlar məsafədən iş rejiminə keçirilməlidir. Bunu nəzərə alaraq, çalışanların məsafədən iş rejiminin təmin edilməsi üçün vacib olan internetə qoyulan məhdudiyyət qaldırılacaqmı?
Mövzu ilə bağlı Axar.az-a danışan Nəqliyyat, Rabitə və Yüksək Texnologiya Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Gözəlova bildirib ki, internetə tətbiq olunan məhdudiyyətlə bağlı yenilik yoxdur:
“Hazırda məhdudiyyətin qaldırılması ilə bağlı heç bir yenilik yoxdur. İnternet məhdudiyyəti Azərbaycan ərazisində internetin olmaması anlamına gəlmir. Bütün bu məhdudiyyətlər Telekommunikasiya haqqında Azərbaycan Respublikasının qanunu ilə, eyni zamanda hərbi vəziyyətdə rabitədən istifadə haqqında xüsusi qaydalara əsasən tətbiq olunub. Hərbi vəziyyətdə bu halın yaşanması normaldır. İnternetin verilməsini məhdudlaşdırmasaq, düşmən kiberhücumları birbaşa dövlət infrastrukturuna zərər vuracaq”.
G.Gözəlovanın sözlərinə görə, vətəndaşlar alternativ platformalardan istifadə edib, dezinformasiyanın yayılmasına qarşı çıxmalıdır.
-
Kriminal19:12
Borcu ödəməmək üçün tanışını öldürdü
-
Magazin118:48
Röya Ayxan bu tarixdə ƏRƏ GEDİR - VİDEO
-
Səhiyyə18:12
Azərbaycanda uşaqlarla bağlı yeni tibbi mərkəz YARADILDI - FOTO
-
Avropa17:28
Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”