"Instagram"dan çoxdan gözlənilən YENİLİK
Bizi izləyin

İKT

"Instagram"dan çoxdan gözlənilən YENİLİK

“Facebook Messenger” və “Instagram” xidmətlərinin istifadəçiləri öz-özünə məhv olan mesajlar göndərə biləcəklər. Bu, digər mesencerlərdəki oxşar funksiyanı xatırladır, lakin onların fərqli cəhətləri var. Belə ki, “Vanish Mode” rejimində həmsöhbət dialoqdan çıxdıqdan sonra mesaj silinəcək.

Publika.az "RİA Novosti"yə istinala xəbər verir ki, bu barədə “Facebook” tərtibatçıları məlumat verir.

Bildirilir ki, həmsöhbətin gizli rejimdə çatın ekran görüntüsünü çəkməsi halında isə istifadəçiyə xəbərdarlıq ediləcək.

“Facebook Messenger” artıq çatlar üçün oxşar opsiyanı işə salıb, ancaq bu xidmət hələlik ABŞ-da mövcuddur.

“Instagram”da isə gizli çatlar tezliklə işə düşəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm