İKT
"Netflix" İstanbulda ofis açır
Dünya üzrə təxminən 195 milyon üzvü olan "Netflix" platformasının İstanbulda ofisi açılacaq.
Publika.az xəbər verir ki, bununla bağlı "Netflix" platformasından məlumat verilib.
Bildirilib ki, bu addım Türkiyədə istehsal olunan uğurlu ekran əsərlərinin dünya tamaşaçısına tanıdılmasında da əhəmiyyətli rol oynayacaq.
Türkiyədəki sərmayələrini artıran şirkətin yeni ofisinin 2021-ci ilin ikinci yarısında istifadəyə verilməsi planlaşdırılır.
Bununla bağlı açıqlama verən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy xüsusilə son on beş il ərzində əhəmiyyətli inkişaf yolu keçən ölkəsinin kino və teleserial sektorunun iqtisadi artımla yanaşı, həm də mədəni diplomatiya sahəsinə böyük töhfələr verdiyini bildirib: ""Netflix" kimi qlobal bir şirkətin ölkəmizdə ofis açması qərarını məmnuniyyətlə qarşıladıq. Türkiyə istehsalı olan film və serialların 190 ölkədə izlənə bilməsi bu sektorun daha geniş beynəlxalq cəmiyyətə tanıdılması və film turizminin inkişafına böyük töhfələr verəcəyini düşünürük".
"Netflix" platformasının qurucusu Reed Hastings Türkiyənin zəngin mədəni irsi və köklü hekayə anlatma qabiliyyəti baxımından çox dəyərli bir ölkə olduğunu bildirib.
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik